Xəbərlər

Sosial siyasətin xarakteri – Yenidən bölgü

Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Sosial siyasətin xarakteri və məzmunu isə sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən asılıdır. Azərbaycan Respublikasının qüvvədə olan konstitusiyasına görə dövlət bazar iqtisadiyyati şəraitində sosial yönümdə fəaliyyət göstərir. Bununla belə bizdə həyata keçirilən sosial siyasət qalıq prinsiplərinə əsaslanan sosial siyasətdir, bu sosial siyasətin nəzəri prinsipləri liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşıb. Belə siyasət öz miqyası və əhatə dairəsinə görə məhdud olub,əsasən passiv və kompensiyalaşdırıcı, yəni bərpaedici xarakter daşıyır.

Bunu Milli Cəbhə Partiyasının başqan müşaviri Elşən Manafov deyib.

Onun sözlərinə görə Milli Cəbhə Pariyasının başqanı Razi Nurullayevin vətəndaşlarla keçirdiyi görüşlərdə rastlaşdığı sosial problemlər, vətəndaşların ona ünvanladığı müraciətlər göstərir ki, dövlətin sosial siyasətinin xarakter və məzmununa mahiyyət etibarı ilə yeni yanaşma perspektivdə formalaşa biləcək parlamentin qarşısında duran mühüm vəzifələrdən biri ola bilər:

“Bu məzmunlu sosial siyasətin həyata keçirilməsinin zəruriliyi ilə bağlı məsələlərə dövlət başçısı İlham Əliyev dəfələrlə toxunub. Milli Cəbhə Partiyası sosial demokrat ideologıyasının daşıyıcısı olaraq bu qənaətdədir ki, ölkədə sosial sferada olan bəlli problemlərin effektiv nizami məqsədi ilə institusional sosial siyasətə tədrici keçidin vaxtı yetişib. Bu siyasət yenidən bölgü siyasətidir və bu siyasətin formalaşmasında konseptual baxımdan sosial demokrat ideologiyasının böyük təsiri var. Bu halda dövlətin sosial siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında böyük rol oynayır, əsas diqqət əhalinin sosial müfafiəsinə yönləndirilir, əhalinin ən ağır vəziyyətdə olan təbəqələrinin inflyasiyadan, işsizlikdən müdafiəsinə yönəldilən tədbirlərin həyata keçirilməsinə yönləndirilir. Əhalinin sosial müdafiəsi problemlərindən biri kimi yoxsulluğun aradan qaldırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi yeni məzmunlu sosial siyasətin prioritet istiqamətlərindən olmalıdir. Bazar iqtisadiyyatına keçid əhalinin gəlirləri sahəsində bərabərsizliyi gücləndirdiyindən bərabərsizliyin qarşısını almaq üçün dövlət gəlirlərin yenidən bölgüsündə fəal iştirak etməlidir.

Sosial demokrat ideologiyasının daşıyıcıları kimi Milli Cəbhəçilər sosial bərabərsizliyin dərinləşməsinin qarşisini almaq uçun parlament tərəfindən əhalinin varli təbəqələrinə nisbətdə mutərəqqi gəlir vergisinin tətbiq edilməsini təklif etməyi planlaşdırırlar. Dövlət bu yolla əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transferini təmin edə bilər ki, bu da yoxsulluqla mübarizə proqramına ciddi dəstək ola bilər.

Qeyd etmək yerinə düşər ki, sosial rifah modelinə malik bütün ölkələrdə yoxsullara dövlət köməyi proqramlari var. MCP başqanı Razi Nurullayevin İmişli rayonunda sakinlərlə görüşü zamani ona ünvanlanmiş müraciətlərin bir hissəsi göstərir ki, əhalinin etibarlı sosial müdafiəsi ilə bağlı kompleks tədbirlərin tərkib hissəsinə pensiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər də daxildir. Məsələ burasindadir ki,indiki pensiya mecanizmi ilə yetərincə pensiya kapitali olmayan insanlar təqaüd ala bilmir. Onlar ancaq qocalıq müavinəti alır. Qocalıq müavinətinin isə həcmi çox aşağıdır. Bu səviyyədə olan müavinətlə yaşlı bir insan minimum tələbatını, dava dərmana olan ehtiyacını ödəyə bilmir. Ona görə də, qocalıq müavinəti alanların müavinətinin artirilmasi məsələsi gündəmə gətirilməlidir.

Hazırki şəraitdə minimum əmək haqlarının tədricən, mərhələli şəkildə artırılması da ölkə əhalisinin sosial müdafiəsi istiqamətində həyata keçirilən siyasətdə mühüm dönüş ola bilər. Bildiyimiz kimi, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara görə, minimum əmək haqqı orta aylıq əmək haqqının 60 faizi səviyyəsində olmalıdır. Hazirda ölkəmizdə minimum əmək haqqı 345 manat səviyyəsində müəyyənləşib. Bu da dövlətimizin qoşulduğu konvensiyanın tələblərindən xeyli dərəcədə aşağıdır.

Minimum əmək haqqının mərhələli şəkildə artırılaraq orta aylıq əmək haqqının 60 faizi səviyyəsinə qaldırılması gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı həllini gözləyən məsələlər sırasına aid edilir ki, bu da məhz sentyabr seçkiləri zamanı formalaşacaq parlamentin üzərinə düşəcək mühüm və məsul vəzifələrdən biri olacaq. Seçicilərin etimadini qazanacağımız təqdirdə biz Milli Cəbhəçilər olaraq hökümətin bu sahədə həyata keçirəcəyi sosial siyasətə hərtərəfli dəstək olmağı planlaşdırırırıq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu