Xəbərlər

Fransa Ermənistana ordu göndərsə… – Politoloq

Fransa Ermənistana hərbi kontingent göndərsə, Azərbaycan sülh müqaviləsi bağlamayacaq.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə Fransanın Ermənistanı silahlandırması Cənubi Qafqazda sülhə mane olur:

“Xüsusilə, Baş nazir Nikol Paşayanin Fransa və Hindistandan silahlar alması, Rusiyadan asılılığa son qoymaq üçün hesablanmış addım olasa da, bir növ Azərbaycanla mümkün hərbi eskalasiyaya görə edilir.

Ermənistan hakimiyyəti sülhdə maraqlıdırsa, hücum silahları almamalıdır. Qeyd edim ki, Türkiyənin Azərbaycana hərbi dəstəyi və regionda güclənməsi Fransanı narahat edir. Ermənistani silahlandırmaqla Türkiyə ilə regionda maraq toqquşmasina gedir. Amma, ABŞ və Qərb məhz regionda əsas estafeti Türkiyə buraxıb. Fransanin Cənubi Qafqazda Türkiyə ilə üz-üzə gəlməsi, Parisin növbəti məğlubiyyəti ilə nəticələnə bilməsi mümkündür.

Fransanın bir neçə ictimai və siyasi xadimi prezident E. Makrona Azərbaycanın təcavüzünə qarşı Ermənistana ordu göndərməsini xahiş edir. Təbii ki, bu Ermənistan üçün müsbət perspektiv vəd etmir. Ötən gün prezident Ərdoğanın Paşinyanla telefon danışığı Ermənistana xəbərdarlıq idi. Fransa ordusunun Ermənistana gəlməsi sülhün qarşısını alacaq. Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaya bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu