Xəbərlər

Layiqli gənclər işə götürülmür – Yaxın qohumların məhkumluq ƏNGƏLİ

Hüquq mühafizə orqanlarında işə götürülən zaman yaxın qohumların məhkumluq məsələsi hələ də davam edir. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən yaxın qohumların hər hansı bir cinayət əməlinə görə işə götürülən fərd əziyyət çəkməli olur.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib. O, bu məsələni kollektiv məsuliyyət qalıntısı adlandırıb:

“Yaxın qohumlar deyəndə ata, ana, ər, arvad, övlad, qardaş, bacı və onların övladları, babalar, nənələr, övladlığa götürənlər, doğma və ögey qardaşlar nəzərdə tutulur.

Fikrimcə bu məsələyə yenidən baxılmalıdır. Çünki hər fərd öz əməlinə cavabdehdir. Bir qohumun günahının cəzasını çəkmək ədalətsizlikdir. Ümumiyyətlə, məhkumluğun ödənilməsi və ya götürülməsi bütün hüquqi nəticələri xətm edir. Həmin şəxs barəsində “cinayətkar” sözü işlənə bilməz daha.

Qohumun cinayətinə görə qohumların məhdudiyyətlə üzləşməsi kollektiv məsuliyyət qalıntısıdır. Sırf bu qanuna görə hüquq mühafizə orqanlarında yararlı və layiqli gənclər işə götürülmür”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu