Xəbərlər
İki hərbi qulluqçumuz şəhid olub
Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.
Milli Cəbhə Partiyası (MCP) Azərbaycan xalqına və şəhidlərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin, vətən sağ olsun!
Qeyd edək ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.