Xəbərlər

Mentalitet, namus-qeyrət deyib aliment ödəmək istəmirlər – Deputat

Tərəflərdən biri mentalitet, namus-qeyrət məsələlərinə istinad edərək alimenti ödəməmək üçün, digəri isə alimentin məbləğinin artırılması üçün hər vasitəyə əl atır.

Bunu Milli Məclisin iclasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkilinin sözlərinə görə son zamanlar bu məsələlərlə bağlı müraciət edənlərin sırasında kişilərin sayı çoxalıb:

“Bu, məni çox təəccübləndirir. Müraciət edənlər içərisində bir nəfər məhz alimenti ödəyə bilmədiyinə və qarşı tərəfin də onu məbləğin artırılması üçün daim məhkəməyə müraciət edəcəyi ilə təhdidinə görə intihara cəhd etmişdi. Mən şəxsi əlaqələr vasitəsilə onu rayondan Bakıya tez bir zamanda çatdıraraq həyatını xilas etdim. Hər zaman belə məsələlərdə qadınları müdafiə etmişəm və bu belə də olacaq. Uşaq varsa, boşanıb-boşanmamasından asılı olmayaraq, kişi ailə başçısı hesab olunur, ailəni kişi dolandırmalıdır və vəzifəsini yerinə yetirməlidir”. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu