Xəbərlər

Mühacirlərə “tərs şillə” – Ehtiram Mehtiyev

“Prezident İlham Əliyevin Almaniyaya səfəri erməni diasporu və bəzi “sapı özümüzdən olan balta”ların ürəyincə olmayıb”.

Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Ehtiram Mehtiyev “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, mühacirlərin Azərbaycan Prezidentinin səfərinə “etiraz” olaraq aksiya keçirməsi və mətbuat konfransında təxribat xarakterli sualları sadəcə ucuz şou idi:

“Prezidentin verilən suallara cavabı isə təxribatçılar üçün “tərs şillə” oldu. Hesab edirəm ki, bu şounun heç bir əhəmiyyəti olmadı. Əslində ölkə başçısının səfəri zamanı belə bir şounun təşkil olunması təsadüfi deyildi.

Regionda sülh üçün münbit şəraitin yarandığı və danışıqların müsbət istiqamətdə inkişaf etdiyi bir vaxtda düşmən dəyirmanına su tökənlər və onların havadarları bu prosesə mane olmağa çalışırlar. Onların məqsədi yalnız öz “fəallığını” nümayiş etdirməkdir. “Sapı özümüzdən olan balta”ların bu fəaliyyəti müxalifətçilik deyil”.

Həmsöhbətimiz vurğulayıb ki, belə mübarizə olmur:

“Onlar Azərbaycana qarşı təxribatla məşğul olurlar. Onları nə demokratiya, nə də müstəqillik düşündürür. Prezident ölkənin simvoludur. Onlar bütün dövrlərdə Azərbaycana ermənilərdən daha çox düşmən olublar.

Əgər onlar vətənpərvərdilərsə, 44 günlük Vətən müharibəsində şəxsi ambisiyalarını kənara qoyub ölkə üçün birlik göstərərdilər. Niyə Avropadakı etirazlara qoşulmadılar? Harada idilər? Yoxsa erməni havadarları icazə vermədi?

Bəli, onlar Ermənistanın və digər maraqlı tərəflərin xüsusi xidmət orqanlarının sifarişi ilə konkret missiya həyata keçirirlər. Pul müqabilində dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur. Saxta vətənpərvərliyinizi, Azərbaycana olan nifrətinizi xalq yaxşı bilir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu