Xəbərlər

Rusiya sərhəd qoşunları Ermənistandan çıxır? – Politoloq

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Cəbhə Partiyası başqanının müşaviri, politoloq Elşən Manafov bildirib ki, Ermənistanda Rusiya Federasıyasına məxsus sərhəd qoşunları iki dövlət arasında 1992-ci ilin 30 martında razilaşdırılmış, 30 maddədən ibarət müqavilənin şərtlərinə əsasən yerləşdiriliblər:

“Məlum müqavilədə Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusuna, onların fəaliyyət sahələri və prinsiplərinə aydınlıq gətirilir, qoşunların Ermənistanda yerləşdirilməsinin səbəbləri göstərilir. Razılaşmada qoşunların İran və Türkiyə ilə həmsərhəd bölgələrdə yerləşdirilməsi barədə razılıq əksini tapıb. SSRİ-nin dağılmasindan sonra Ermənistanın İttifaq respublikaları ilə sərhədləri şərti olaraq respublikalar arasındakı inzibati sərhədlər əsasında müəyyənləşdirildi, beynəlxalq birlik tərəfindən isə 1991-ci ilin Alma-Ata bəyannaməsinin müddəalarına əsasən tanındı.

Sonradan Ermənistanın Azərbaycana olan təcavüzü nəticəsində torpaqlar işğal altında qaldığından sərhədlər qoşunların təmas xətləri ilə əvəz olunmuş, ancaq hüquqi səciyyə təşkil etmədi. Azərbaycanın 44 günlük müharibədə qələbəsi ilə işğal altında olan torpaqlar üzərində dövlət suverenliyi bərpa edildi, sərhədlərin müəyyənləşdirilməsi üçün demarkasiya danışıqlarına start verildi. Ermənistanın Tavuş bölgəsi ilə təmas xəttində Qazax rayonuna aid olan 4 kəndin Azərbaycana qaytarılması barədə əldə edilmiş razılıq demarkasiya məsələlərində adlanan ilk mərhələ oldu.

Ermənistanın Baş naziri Paşinyan bu razılıqdan sonra məlum kəndlər ətrafında Rusiya sərhəd qoşunlarının tezliklə buradan çıxarılacağı ilə bağlı fikir bildirdi. Dövlətlər arasında sərhədlər müəyyən edildikdən sonra hər iki tərəfdən sərhədlərin qorunması artıq bu dövlətlərin beynəlxalq qanunvericiliklə müəyyən edilmiş hüququdur”.

Politoloq vurğulayıb ki, Rusiya prezidenti Putinlə danışıqlarda Rusiya sərhəd qoşunlarının məhz bu ərazilərdən çıxarılması haqqında qərarın qəbul olunacağı gözlənilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu