Xəbərlər

“…qarşısı alınmasaydı, nə qədər ailəni gözüyaşlı qoyacaqdı” – Ehtiram Mehdiyev

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev Qəbələ rayonunun Vəndam qəsəbəsində polisləə vətəndaş arasında baş verən insidentdə münasibət bildirib.

Sədr müavini polis nəfərinin o cür davranışı yolverilməz olduöunu bildirsə də qeyd edib ki, vətəndaş da nümunəvi olmalıdır:

“Qəbələdə polislə vətəndaş arasında baş verən insidentin bir neçə fərqli videosuna baxdım. Bəzi “münaqişə həvəskarları” polisin həddi-buluğa çatmayan bir uşağa qarşı şiddət tətbiq etdiyini deyirlər. Amma insidentdən əvvəl çəkilən videoda həddi-buluğa çatmayan dediyiniz uşaq polisə qarşı təzyiq və söyüşdən istifadə edir.

Əslində hadisəyə daha əvvəldən baxanda mənzərə tamam fərqlidir. Deməli avtoxuliqanlıq edən şəxs və onun atası polisi aşağılayıcı sözlərlə təhqir ediblər. Polisə tabe olmayan şəxslər xidməti avtomobilə və polis nəfərlərinə daşla xəsarət yetirməyə çalışıblar. Düzdür polis nəfərinin o cür davranışı yolverilməzdir, amma gərək vətəndaş da nümunəvi olmağa çalışsın. Təsəvvür edin ki, o avtoxuliqanlıq edən gəncin qarşısı alınmasaydı, qəza törədərək nə qədər ailəni gözüyaşlı qoyacaqdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu