Xəbərlər

Yerli məhsulların yüksək keyfiyyətli brendi yaradılsın – Ehtiram Mehdiyev

Dövlət Statistika Komitəsinin hesabatına görə Azərbaycan vətəndaşları 2023-cü ildə toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyarda yaxın pul xərcləyib.

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev bildirib ki, bütün dünya “online” ticarətə keçid etdiyi bir vaxtda Azərbaycanda pərakəndə satışla məşğul olan mağazalar qapıda durub çıraqla müştəri axtarır:

“Artıq bir neçə mağazalar bağlanmaq üzrədir və hətta müflis olanlar da var. Bu təbii ki, bizi narahat edən məqamdır. Son illər xaricdən geyim və digər məhsullar sifariş vermək asanlaşdıqdan sonra hər kəs rahat və ucuz olsun deyə elektron ticarət platformasından istifadə edir. Bu da mağazalarda alıcı qüvvəsinin zəifləməsinə səbəb olub.

Məsələn, bir çoxumuz Türkiyənin elektron ticarət platformalarından biri olan Trendyoldan istifadə edirik. Çünki arzuladığımız brend əşya və geyimləri bu platformalar vasitəsi ilə həm ucuz qiymətə, həm daha keyfiyyətli olanını bir toxunuşla qapımıza qədər gətirib çatdıra bilirik. Sahibkarlar belə platformaların haqsız rəqabətə səbəb olduğunu və yerli bazarı məhv etdiyini desələr də, bu asan xidmət istehlakçıların xoşuna gəlir.

İstehlakçıların narahatçılığının səbəbi hesab edirəm ki, bazarda satılan geyim və digər məhsulların baha və keyfiyyətsiz olmasıdır. Məhsulların baha olması təbii ki, gömrük və vergi xərclərinin yüksək olmasından da irəli gəlir”.

Deputat köməkçisi çıxış yollarından da danışıb:

“Yerli sahibkarlar nə etməlidir? İlk növbədə rəqabət mühitini gücləndirmək və yerli online ticarət platformalarını təkmilləşdirilmək lazımdır. Burada əsas məsələ müştəri məmnuniyyətidir. Əgər xarici platformalardan sifariş verərkən məhsul 10-15 günə çatdırılırsa, yerli online satış bunu qısa zamanda etməlidir. Eyni zamanda, yerli geyim və digər məhsulların yüksək keyfiyyətli brendini yaratmaq lazımdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu