Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin təşəbbüsü və dəstəyi ilə partiya qərargahında vətəndaşa təmənnasız hüquqi məsləhət kampaniyası davam edir.
Həftənin 1-ci və 5-ci günləri
Saat 11:00-dan 13:00-a kimi
Ünvan: Lider TV-nin binası, 9-cu mərtəbə
Hüquqşünas – Vüqar Dadaşov
Qeyd edək ki, kampaniya çərçivəsində 2021-ci ildən fasiləsiz qəbullar keçirilir. Müraciət üzrə müvafiq hüquqi məsləhət verilir və baxılması üçün aidiyyəti üzrə yönəldilir.
Xüsusi qeyd: Müraciətlərin çoxluğunu və forma müxtəlifliyini nəzərə alaraq bildirək ki, “hüquqi məsləhət” dedikdə məhkəmə prosesində iştirak nəzərdə tutulmur. Vətəndaş müraciət etdiyi məsələdə maarifləndirilir, ona üzləşdiyi problemlərin həllində hüquqi məsləhət verilir.