Xəbərlər

Netanyahu İrana qarşı kimyəvi silah işlətməkdə maraqlıdır… – Ekspert

“Netanyahu Tehranda kimyəvi silah işlədilməsində maraqlıdır. SEPAH isə İsrailə qarşı “çirkli bombalardan” istifadə edə bilər. Bu, regionda ekoloji fəlakət deməkdir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert İsrail-İran müharibəsinin daha dağıdıcı mərhələyə keçmə ehtimalını, kimyəvi və “çirkli” bombaların tətbiqi risklərini, eləcə də regionu gözləyən ekoloji təhlükələri təhlil edib.

İsrailin Tehran planı: Kimyəvi silah və “Qəzza ssenarisi”

Siyasi şərhçi vurğulayıb ki, İsrail İranın silahlı qüvvələrini tam sıradan çıxarmaq və dövləti iflic vəziyyətinə salmaq üçün ən kəskin addımlara əl ata bilər:

“İsrail Tehranda kimyəvi silahdan istifadə edə bilər. İran silahlı qüvvələrinin tam məhv edilməsi və dövləti tam iflic vəziyyətə gətirmək üçün B. Netanyahu kimyəvi silah işlədilməsində maraqlıdır. ABŞ prezidenti D.

Trampın buna razılıq verməsi istisna deyil. Həmçinin İsrail artıq mülki infrastruktura zərbələr endirməyə və Tehranı Qəzza kimi yaşayış üçün əlverişsiz vəziyyətə salmaq üçün intensiv bombalama planını növbəti mərhələdə icra etməyə başlaya bilər”.

Müharibənin yeni mərhələsi: Neft-qaz infrastrukturu

Politoloqun fikrincə, İsrail baş nazirinin diplomatiyaya yer ayırmaması müharibənin miqyasını genişləndirir:

“Neft-qaz infrastrukturunun vurulması müharibənin yeni mərhələyə keçməsidir. İsrail Baş naziri B. Netanyahu atəşkəs və danışıqlarda maraqlı deyil. Proseslər göstərir ki, hərbi hədəflər artıq iqtisadi sütunların sıradan çıxarılmasına yönəlib ki, bu da gərginliyi geri dönməz nöqtəyə çatdırır”.

SEPAH-ın “çirkli bomba” təhlükəsi və ekoloji fəlakət

MCP rəsmisi İranın verə biləcəyi asimmetrik cavabın region üçün fəlakətli nəticələr doğuracağını qeyd edib:

“Hazırda İranda tam hakimiyyəti ələ keçirən SEPAH İsrailə qarşı çirkli bombalardan istifadə edə bilər. Qarşılıqlı məhv etmə taktikası regionda ekoloji fəlakətə gətirib çıxara bilər. Bu ssenari təkcə münaqişə tərəfləri üçün deyil, bütün Yaxın və Orta Şərq üçün uzunmüddətli və bərpası mümkün olmayan dağıntılar və kütləvi zəhərlənmə riski daşıyır”.


Bir cavab yazın

Back to top button