Xəbərlər

Milli Cəbhə Partiyası üzvləri soyqırımı qurbanlarını andılar – FOTO

Milli Cəbhə Partiyası Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar “Ana Fəryadı” abidəsini ziyarət ediblər.

Sosdem.az xəbər verir ki, ziyarət zamanı partiya rəhbərliyi və fəallar abidənin önünə tər gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Mərasim iştirakçıları tərəfindən soyqırımı qurbanlarının ruhuna dualar oxunub, bu qanlı tarixin Azərbaycan xalqının milli yaddaşında silinməz izlər qoyduğu vurğulanıb.

Xatırladq ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə törədilmişdir.

Bir cavab yazın

Back to top button